Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 01:41

Gəncədə 3 qaçqın yataqxanası təmir edilib


Bu il Gəncədəki 250 ailənin məskunlaşdığı 3 yataqxana cari və əsaslı təmir edilib

Bu barədə Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin Gəncə şəhər bölməsinin rəisi Süleyman Abbasov məlumat verib. Bildirib ki, hazırda Gəncədəki Aqrar Dövlət Universitetinin 2 yataqxanası cari təmir edilir.

Texnologiya Universitetindəki əsaslı təmir işləri isə başa çatıb.

Süleyman Abbasov deyir ki, bu işlər yataqxanada yaşayan məcburi köçkünlərin yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi daşıyır.

Süleyman Abbasov deyir ki, yataqxanalardan qaçqınların köçürülməsi və yeni evlərlə təmin edilməsi 2013-cü ildə reallaşacaq.

Bunun üçün Gəncə şəhərinin paytaxt istiqamətindən giriş hissəsindəki ərazidə 15 doqquzmərtəbəli binanın tikintisi nəzərdə tutulur. Bu binalarda Gəncə şəhərində tələbə yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlər yerləşdiriləcək.
İlkin olaraq yeni binalar 1500 qaçqın və məcburi köçkün ailəsinin ixtiyarına veriləcək.

Hazırda Gəncə şəhərində tələbə yataqxanalarında məskunlaşan məcburi köçkünlər 2 min ailədir. Onlar şəhərdə mövcud olan 50-dək müxtəlif yataqxanalarda yerləşdiriliblər.

Gəncədəki qaçqın və məcburi köçkünlərin ümumi sayı isə 17 min nəfərdən artıqdır. Onların 70 faizi hazırda Gəncədəki yataqxanalarda məskunlaşıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG