Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:44

Göygöldə Bayraq Meydanı tikilir


Göygöl rayonunda 6 hektar sahəni əhatə edən Bayraq Meydanı və muzeyi inşa olunur. Bu barədə məlumatı gün.az saytına rayon İcra Hakimiyyəti Aparatından veriblər.

Məlumata görə, Dövlət Bayrağı 76 metr hündürlükdə dalğalanacaq. Meydanın inşa olunduğu ərazidə müxtəlif dekorativ ağac və gül kolları əkilib. Tikilinin noyabr ayında istifadəyə verilməsi nəzərdə tutulub.

Bayraq dirəyinin öz hündürlüyü 35 metr, qərarlaşdığı təpəciyin hündürlüyü isə təxminən 40 metr olacaq.

Meydanın ətrafında meşə zolağının salınması da nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG