Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:27

ABŞ hərbi aviabazasına hücum olub


Yaraqlılar Əfqanıstanda ABŞ hərbi aviabazasına iki raket hücumu endirib. Hücum nəticəsində ABŞ Birləşmiş Qüvvələr Qərargah rəisi, general Martin Dempseyin Kabula səfəri zamanı istifadə etdiyi təyyarə zədələnib.
Rəsmilər onun C-17 təyyarəsinin göyərtəsində olmadığını və yaralanmadığını bildiriblər.

Məlumata görə, Martin Dempsey Bəhram aviabazasını başqa təyyarə ilə tərk edib.

Raket hücumu nəticəsində texniki komandanın iki üzvü yaralanıb.

ABŞ Birləşmiş Qüvvələr Qərargahından bildirilib ki, yaraqlıların hücumu gecə baş verib. Həmin vaxt yatan Dempsey və xidməti ştaf yuxuda olsa da, onlar hər hansı təhlükə ilə üzləşməyiblər.
XS
SM
MD
LG