Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:07

Tymoshenkanın tərəfdarları məhkəmə qarşısında aksiya keçirir


Avqustun 21-də Yulia Tymoshenkanın yüzlərlə tərəfdarı Kiyevdə Ukrayna İxtisaslaşmış Ali Məhkəməsinin qarşısına toplaşıb.

Bu gün Məhkəmədə Yulia Tymoshenkanın kassasiya şikayətinə baxılacaq.

Keçmiş baş nazirin tərəfdarları onun dərhal sərbəst buraxılmasını tələb edirlər.

Yulia Tymoshenka 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi bağlanması zamanı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. O, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Nüfuzlu beynəlxalq təşkilatlar da Yulia Tymoshenkanın azadlığa buraxılmasını istəyir.
XS
SM
MD
LG