Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:30

Azərbaycanda əhalinin yalnız yarısı yolların vəziyyətindən razıdır (Gallup)


Arxiv foto: Prezident İlham Əliyev Ələt-Astara-İran yolunda aparılan tikinti işləri ilə tanış olur, 2011-ci il

Arxiv foto: Prezident İlham Əliyev Ələt-Astara-İran yolunda aparılan tikinti işləri ilə tanış olur, 2011-ci il



Azərbaycanda yolların vəziyyəti Gürcüstandan, Özbəkistandan, Türkmənistandan, Belorusdan pisdir.

Bu, Gallup Mərkəzinin keçən il 148 ölkədə keçirdiyi sorğunun nəticəsidir.

Azərbaycanda əhalinin yalnız 51 faizi yolların vəziyyətindən razıdır.

Bu göstərici ilə Azərbaycan sorğunun keçirildiyi 12 post-sovet ölkəsi arasında 5-cidir.

Gürcüstanda əhalinin 69, Özbəkistanda 61, Türkmənistanda 58, Belorusda isə 52 faizi yolların vəziyyətindən razılıq edib.

Ən pis vəziyyət isə Moldova (17%), Ukrayna (27%), Rusiyadadır (30%).

Ermənistanda əhalinin yalnız 37 faizi yolların vəziyyətinə “yaxşı deyib”
Ümumilikdə, sorğunun nəticələrinə görə, dünya əhalisinin çox hissəsi (59%) yaşadıqları yerlərdə yolların vəziyyətindən razıdırlar.

Yolların vəziyyətindən ən çox razılıq edənlər, ortalama rəqəmlərə görə, Asiyada (66%), Avropada (61%), ən az razılıq edənlər isə Afrikanın sub-Sahara regionu (36%) və post-sovet ölkələridir (36%).

Dünyada çoxluq yolların vəziyyətindən razı olsa da, Dünya Səhiyyə Təşkilatı və BMT deyir ki, yollardakı çala-çuxur və başqa qüsurlar, avtomobillərin nasazlığı və insan faktoru hər il dünya ölkələrinin yollarında milyonlarla xəsarətlərə səbəb olur. Eləcə də ölümlərə.

Xüsusən də post-sovet ölkələrində. Bunlara görə piyadalar da böyük risklə üz-üzədir.

Dünyada əhalinin yollardan ən çox razılıq etdiyi ölkələrsə bunlardır.

1. Birləşmiş Ərəb Əmirlikləri (90%)
2. Lüksemburq (87%)
3. Honq-Konq (87%)
4. Hollandiya (84%)
5. Sinqapur (83%)
6. Avstriya (83%)
7. Tailand (83%)
8. Comboca (81%)
9. Cənubi Koreya (81)
10. Qətər (79%)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG