Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:14

Efiopiyanın baş naziri vəfat edib


Efiopiyanın baş naziri Meles Zenawi 57 yaşında vəfat edib.

Ölkənin dövlət televiziyası bildirib ki, səhhətində problemlərə görə xaricdə müalicə olunan baş nazir xəstəxanada "gözlənilməz infeksiyadan" ölüb.

Meles iyul ayında xəstəxanaya yerləşdirilmişdi.

Keçmiş partizanların lideri 1991-ci ildə hərbi xunta qovulandan sonra hakimiyyət başına gəlmişdi.

Baş nazirin müavini, həmçinin Efiopiyanın xarici işlər naziri Hailemariam Desalegn baş nazirin vəzifəsini icra edəcək.
XS
SM
MD
LG