Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:50

Azərbaycanda 205 müəllim işlə təmin olunub


Azərbaycanda ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu ilə bağlı müsahibə mərhələsi başa çatmış fənlər üzrə boş qalan və imtina olunan yerlərə yerləşdirmənin nəticələri açıqlanıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, avqustun 18-də fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, rus dili və ədəbiyyatı, rus dili, fransız dili, alman dili, musiqi və nəğmə, əmək hazırlığı, təsviri incəsənət və rəsmxət, coğrafiya, fizika, informatika fənləri üzrə aparılan yerləşdirmənin nəticələrinə əsasən, 205 nəfər işə qəbul olunub.

İşə qəbul olunanların siyahısı saytında yerləşdirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG