Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:51

5 nəfəri öldürməkdə şübhəli bilinən əsgər öldürülüb


Qırğızıstanda sərhədçiləri və zabit arvadını öldürməkdə şübhəli bilinən sərhədçi öldürülüb. Bu barədə ölkənin Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, hərbi hissədən qaçmış əsgər avqustun 21-də Qazaxıstanla sərhəddə, İşık-Kül regionundakı dağda tapılıb. Əsgərin silahlı müqavimət göstərildiyi zaman öldürüldüyü deyilir.

Avqustun 20-də sərhəddə bir əsgərin açdığı atəş nəticəsində 5 nəfər ölüb. Onlardan biri sərhəd post komandiri olub. Ölənlər arasında zabit arvadı da olub.

Rəsmilər hələlik qətlin səbəblərini müəyyən edə bilməyiblər.
XS
SM
MD
LG