Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 09:18

Hakerlər Pussy Riot-un mühakimə olunduğu məhkəmənin saytını dağıdıblar


Pussy Riot qrupunun üzvlərinin mühakimə olunduğu məhkəmənin saytı dağıdılıb.

Naməlum hakerlər Moskva Xamovniki məhkəməsinin saytında Pussy Riotu dəstəkləyən şüarlar, şərhlər yazıblar və Bolqaristan müğənnisi Azizin musiqi-klipini yerləşdiriblər.

Saytı açan kimi "Putinin oğru dəstəsi bizim ölkəmizi talayır. Yoldaşlar, oyanın!" sözləri oxunur.

Eyni zamanda Russy Riot-un oxuduğu "Putin inqilab tonqalını alışdıdırır" mahnısı eşidilir.
Məhkəmədən təsdiqləyiblər ki, sayt haker hücumuna məruz qalıb.

Təxminən iki saatdan sonra saytın fəaliyyətini bərpa etmək mümkün olub.

Ötən həftənin sonu Russy Riot-un 3 üzvü məhkəməmə qərarı ilə xuliqanlıq ittihamı ilə həbs olunub. Onların hər birinə 2 il həbs cəzası verilib.
XS
SM
MD
LG