Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:54

Bakiyevin qardaşı da Belorusda yaşayırmış?



Belorusun Daxili İşlər Nazirliyi Qırğızıstanın keçmiş prezidenti Kurmanbek Bakiev`lə yanaşı onun qardaşının da Minskdə yaşaması barədə məlumatlara şərh verməkdən imtina edir.

Son bir neçə gündə internet saytlarında yayılan xəbərlərdə keçmiş prezidentin qardaşı Janysh Bakiyevə oxşayan adamın fotoları verilir və onun da Minskdə yaşadığı bildirilir.

2010-cu ilin aprelində baş vermiş kütləvi etiraz aksiyalarından sonra keçmiş prezident Kurmanbek Bakiyev ölkəni tərk edərək Minskə sığınıb. Keçmiş prezident, onun qardaşı Janysh və daha 20 nəfər keçmiş dövlət rəsmisi dinc etiraz aksiyası iştirakçılarına divan tutmaqda və 100-ə yaxın adamı öldürməkdə ittiham olunurlar.
Belorus rejimi Bakiyevi geri verməkdən imtina edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG