Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:19

Polis Pussy Riot`un digər üzvlərini axtarır



Avqustun 20-də Rusiya polisi bildirib ki, Pussy Riot rok qrupunun daha bir neçə üzvünü axtarır. Amma polis konkret neçə nəfəri axtardığını, onların nədə ittiham olunduqlarını bildirməyib.

Rusiyada Vladimir Putinin əleyhinə mahnıları ilə tanına Pussy Riot qrupunun 5 üzvü bu ilin fevralında Moskvada kilsəyə girərək siyasi məzmunlu mahnılar oxuyublar. Buna görə qrupun 3 üzvü keçən həftə 2 illiyə azadlıqdan məhrum edilib. Hakim onların xuliqanlıq etmələri və başqalarının dini heysiyatına toxunduqları qənaətinə gəlib.

Amma günahsız olduqlarını deyən qrup üzvləri Rusiya patriarxının hamını prezident seçkisində Putinə səs verməyə çağırmasına etiraz olaraq bu aksiyanı keçirdiklərini bildiriblər.

Qrupun vəkili elə bu gün deyib ki, onlar əfv üçün prezident Vladimir Putinə müraciət etmək niyyətində deyillər, onlar birinci məhkəmə hökmündən şikayət verəcəklər.
XS
SM
MD
LG