Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:01

Myanmarda senzura götürülür



Myanmar hökuməti media üzərində senzuranın rəsmən ləğv olunduğunu elan edib. Bu Cənub-Şərqi Asiya ölkəsində Media Tədqiqatları və Qeydiyyatı Departamentinin rəhbəri avqustun 20-də bildirib ki, bundan sonra onun ölkəsində də jurnalistlər yazdıqlarını çap etməzdən əvvəl hökumətin təyin etdiyi senzorlara göstərmək məcburiyyətində deyillər.

Bu ölkədə 1964-cü ildən bəri jurnalistlər yazdıqları hər şeyi çap etməzdən əvvəl senzoralara göstərib razılıq almalıdırlar.

Myanmarda keçmiş hərbi hakimiyyət son bir ildə bir neçə başqa siyasi islahatlar4 da həyata keçirib. O cümlədən həbsdə olan müxalifət lideri Aung San Suu Kyi həbsdən azad olunaraq onun parlament seçkisində iştitrakına imkan verilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG