Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:40

Keçmiş Cənubi Koreya diktatorunun qızı da prezidentlik yarışına qoşulur



Cənubi Koreyanın hazırkı mühafizəkar hökumət partiyası avqustun 20-də ölkənin keçmiş avtoritar liderinin qızı Park Chung-Hee`nin da prezident seçkisində iştitrakına imkan verən sənədi səs çoxluğu ilə qəbul edib. 60 yaşlı Chung-Hee`nin bu il dekabrın 19-da keçiriləcək prezident seçkisinin qalibi olacağı gözlənir. Qalib gəlsə, o həm də Cənubi Koreyanın ilk qadın prezidenti ola bilər.

Chung-Hee`nin atası 1961-ci ildə hakimiyyəti zəbt etmişdi, 1979-cu ildə isə özünün kəşfiyyat idarəsinin rəhbəri tərəfindən qətlə yetirilib.

O, Cənubi Koreyanı iqtisadi yüksəlişə aparsa da qurduğu diktatura rejimi ilə özünü gözdən salmışdı.

Parks`ın anasını da 1974-cü ildə prezident seçkisinə hazırlaşdığı dövrdə gülləlyiblər.

Hazırkı prezident Lee Myung-Bak`ın prezidentlik dövrü gələn il başa çatır. Cənubi Koreyada prezidentin səlahiyyəti 5 illikdir və bir nəfər bir dövrdə prezident ola bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG