Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:56

Belorusun Xarici İşlər naziri dəyişib



Belorus prezidenti Alyaksandr Lukashenka Xarici Işlər naziri Siargej Martynau`nu işdən azad edib. Onun əvəzinə Uladzimir Makei təyin edilib. Makei bundan əvvəl Prezident Administrasiyasının rəhbəri olub.

Siargej Martynau 2003-cü ildə Belorusun Xarici İşlər naziri idi. Onun başqa işə keçməsi ilə əlaqədar vəzifəsindən azad edildiyi bildirilir.

Amma hələlik nazir dəyişikliyi barədə hər hansı rəsmi şərh verilməyib.
XS
SM
MD
LG