Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:53

Rusiyada Madonnaya qarşı 10 milyon dollarlıq iddia qaldırılıb



Rusiyada seksual azlıqlara qarşı fəallardan olan 9 nəfər Madonnaya qarşı 10 milyon dollarlıq iddia qaldırıblar. ABŞ-ın pop ulduzu bu yaxınlarda Sankt-Peterbuqda konserti zamanı Rusiyada cinsi azlıqların müdafiəsi ilə bağlı şüarlar səsləndirmişdi.

Sankt-Peterburq məhkəməsinin hakimi bu həftənin sonuna qədər iddianı qəbul edib-etməməklə bağlı qərara gələcəklərini bildirib.

Bu ilin əvvəlində Sankt-Peterburqda “gənclər arasında homoseksuallığın təbliğinin qadağan olunmasına” dair yerli əhəmiyyətli qanun qüvvəyə minib.

Madonna isə bu ayın əvvəlində həmin şəhərdə verdiyi konsert zamanı kürəyinə “Qorxmayın” şüarı yazaraq cinsi azlıqlara qarşı dözümlülüyə çağırmışdı.
XS
SM
MD
LG