Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:27

“Pussy Riot” əfv istəmir


Rusiyanın qadınlardan ibarət punk-rock qrupu “Pussy Riot” üzvləri 2 illik həbslə bağlı prezident Vladimir Putinə əfv müraciəti etməyəcəklər. Bunu qrupun vəkili Nikolay Polozov bildirib.

“Cəhənnəm olsun o əfv”, Polozov “FransPress” Agentliyinə deyib.

Polozovun sözlərinə görə, vəkillər xuliqanlıqda ittiham olunan qadınlarla bağlı məhkəmənin həbs qərarından şikayət verəcəklər.

Onun dediyinə görə, Rusiya qanunvericiliyi müdafiəçilərə və vəkillərə məhkəmə qərarlarının surətini 5 gün ərzində almaq hüququ verir. Qərarı əldə etdikdən sonra 10 gün ərzində Polozov apelyasiya şikayəti veriləcəyini deyib.

Avqustun 17-də Pussy Riot rok qrupunun həbsdə olan 3 qadın üzvünün hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar xuliqanlıqda ittiham olunur. Qrup üzvləri ittiham üzrə özlərini təqsirli bilmirlər.

“Pussy Riot”un üzvləri Moskvanın ən böyük kilsəsində Kremlə və yeni seçilmiş prezident Putinə qarşı musiqili etiraz aksiyası keçirmişdi. Bu ilin fevralında kilsədə “Məryəm ana, Putini qov” məzmunlu “punk-dua” etmişdilər. Onlar bu dua-mahnını oxuyub qurtarmamış kilsənin xidmətçiləri onları mehrabdan uzaqlaşdırmışdı.
XS
SM
MD
LG