Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:25

Keçmiş Çin məmurunun arvadı ölüm cəzası aldı


Avqustun 20-də Çin məhkəməsi keçmiş kommunist partiyası lideri Bo Silainin həyat yoldaşı, Gu Kailai barəsində təcili ölüm hökmü çıxarıb.

Gu Kailai otel otağında cəsədi tapılan britaniyalı biznesmen Neil Heywoodu öldürməkdə təqsirli bilinir.

Çində ölüm cəzası bir neçə il sonra adətən ömürlük həbslə əvəz olunur.

Gu Heywoodu pul üstündə mübahisələrdən sonra ötən ilin noyabrında zəhərlədiyini məhkəməyə etiraf edib. Neil Heywoodun Gu Kailai və onun əri ilə işgüzar münasibətləri vardı.

Gu iddia edib ki, Heywood onun oğlunu təhdid etdikdən sonra bu addımı atıb.

Bu qətl böyük siyasi qalmaqala səbəb olub və Gu'nun əri - on ildir ki, hakim Kommunist Partiyasının əsas liderlərindən olan Bonun nüfuzunu aşağı salıb və o tutduğu bütün postlardan çıxarılıb.

Gu'nun köməkçisi Zhang Xiaojun 9 il həbsə məhkum edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG