Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:26

Nizami Gəncəvinin əlyazmaları Nyu-Yorkda sərgilənəcək


Nyu-Yorkun Metropolitan Muzeyində Nizami Gəncəvinin əlyazmaları sərgilənəcək.

Bu barədə Gəncə şəhər Mədəniyyət İdarəsindən məlumat verilib. Bildirilib ki, sərgi Dialoq Mərkəzinin təşəbbüsü, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşəcək. Sərgidə dünyaca məşhur olan Metropolitan Muzeyinin İslam Sənət Departamenti tərəfindən Nizami Gəncəviyə aid əlyazmalar nümayiş olunacaq.

Sərgidə muzeydə saxlanılan 20-dən çox nadir manuskriptin təqdimatı planlaşdırılır. Sərginin açılışında İsgəndəriyyə Kitabxanasının (Misir) direktoru İsmail Seragəldin, Latviyanın sabiq prezidenti xanım Vayra Vike-Freiberqa iştirak edəcək.

Nizaminin doğumunun 750 illiyi ilə bağlı bu sərginin Gəncədə, Bakıda, o cümlədən Tbilisidə, habelə Yunanıstanın paytaxtı Afinada nümayişi də nəzərdə tutulur.

Günün bütün mövzuları

XS
SM
MD
LG