Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:46
-

Avqustun 19-da "The Hunger", “Top Gun” və digər filmlərinə görə məşhur olan Britaniya əsilli Hollivud rejissoru Tony Scott intihar edib.

O özünü ABŞ-ın Los Angeles limanındakı Vincent Thomas körpüsündən atıb.

Polis bildirib ki, Scottun ölümü intihar hadisəsi olaraq araşdırılır.

Britaniya doğumlu Scott prodüser Ridley Scottun qardaşıdır.

O, döyüş filmlərilə 1980-ci illərdə şöhrət qazanıb.

1986-cı ilin "Top gun" filmində baş rolu məşhur aktyor Tom Kruz oynayır.

O, elitar hərbi hava qüvvələri akademiyasının ən yaxşı pilotudur. Bütün tapşırıqları böyük ustalıqla yerinə yetirən, həm həyatda, həm də təyyarə sürərkən ağıldan daha çox hisslərinə, instinktinə güvənən "Meverik" ləqəbli bu pilotun akademiyanın instruktoru gözəl Çarliyə olan sevgisi isə daşa dəyir.

Tapşırıqların birinin yerinə yetirilməsi zamanı təyyarəsi qəzaya uğrayan "Meverik"in pilot yoldaşı həlak olur, onun özü isə sağ qalır.

Depressiyaya düşən, özünü günahkar sayan "Meverik" akademiyanı tərk edib təyyarə daşıyan gəmidə xidmətinə qayıdır. Burda isə artıq gerçək əməliyyatlarda, döyüşdə iştirak etməli olur.



Sovet təyyarələrində uçan düşmənlə döyüşdə "Meverik"in soyuq başla verdiyi qərarlar sayəsində qələbə qazanılır.

Bundan sonra o, artıq özü də instruktor kimi akademiyaya qayıdır. Və Çarliyə olan hisslərinə bu dəfə fərqli cavab alır...

Film "Ən yaxşı mahnı" nominasiyasında Oskar mükafatına da layiq görülüb.

“Crimson Tide”, “Days of Thunder” və “Beverly Hills Cop II” də Tony Scott-un filmoqrafiyasına daxildir.

Vincent Thomas körpüsünün hündürlüyü təxminən 60 metrdir.
The Vincent Thomas Bridge

The Vincent Thomas Bridge

Günün bütün mövzuları

XS
SM
MD
LG