Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:11

Gəncə Dövlət Kukla Teatrının binasının təmirinə başlanıb


Gəncə Dövlət Kukla Teatrının binasının əsaslı təmirinə başlanılıb. Təmir işləri Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilir.

Teatrın direktoru Bayram Fətəliyev AzərTAc-a bildirib ki, XIX əsrin tarixi-memarlıq abidəsi olan bu buna uzun illər təmir edilmədiyindən istifadəyə yararsız hala düşüb.

Əvvəllər müxtəlif məqsədlər üçün istifadə edilən binada 1986-cı ildən Gəncə Dövlət Kukla Teatrı fəaliyyət göstərməyə başlayıb. Artıq qısa vaxt ərzində binanın fasad hissəsində xeyli iş görülüb. Bakıdan dəvət olunmuş mütəxəssislər təmir işlərini binanın tarixiliyinə xələl gətirmədən aparırlar. Təmir işləri başa çatdırıldıqdan sonra teatrın binası yeni inventarlarla da təmin ediləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG