Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:29

Houston’un iştirakı ilə çəkilmiş sonuncu film ekranlara çıxır


Whitney Houston

Whitney Houston

Avqustun 17-də rejissor Salim Akil’in «Sparkle» musiqili dramı kinoteatrlarda nümayişə çıxır. Bu filmdəki əsas rollardan birini Whitney Houston oynayıb.

Filmin çəkilişləri müğənninin ölümündən üç ay əvvəl başa çatıb.

«Sparkle» hələ 1976-cı ildə ekranlara çıxmış bir filmin rimeykidir (red: filmin yeni qoyuluşu). Bu film Qarlemdə atasız böyümüş 3 bacı haqqındadır. Onlar bir müddət sonra məşhurlaşır, ancaq alışmadıqları şöhrətə tab gətirə bilmirlər.

HOUSTON’UN SEVİMLİ FİLMLƏRİNDƏN BİRİ...

Bu film Whitney Houston’un ən sevimli filmlərindən biri olub. Filmin qəhrəmanı Sparkle kimi Houston da afro-amerikalılar məhəlləsində kasıb bir ailədə doğulub boya-başa çatıb. Onun şöhrətə gedən yolu filmdəkinə çox bənzəyir.

Salim Akil 50-ci illər Qarlemdəki mənzərəni 60-cı illər Çikaqoda cərəyan edən hadisələrlə əvəz edib. Filmdə istedadlı, gənc müğənni narkotik ticarətinin qurbanı olur. Houston atasız böyüyən və musiqi qrupu yaradan 3 qız uşağının anası obrazını yaradıb.

Filmdə məşhur Amerika mahnısı olan «Celebrate» səslənir. Bu mahnını vaxtilə Houston da ifa edib.

ƏN ÇOX MÜKAFAT ALAN QADIN

Bundan başqa, filmdə Hyuston’un Amerika estradasının parlayan ulduzu Jordin Sparks’la dueti də səslənir. Filmdə Sparks baş rolu ifa edir.

Filmin büdcəsi 17 milyon dollardır.

Avqustun 10-da Houston’un 49 yaşı tamam olacaqdı. Müğənni bu il fevralın 12-də vəfat edib. Onun cəsədi Los-Ancelsdəki «Beverly Hilton» otelində tapılmışdı. Həkimlər onun ölümünün səbəbləri arasında ürək xəstəliyini, kokain və anti-depressant qəbulunu göstəriblər.

Houston 400-dən artıq musiqi mükafatı, o cümlədən 6 «Gremmy», iki «Emmy» mükafatı alıb. O, nə az, nə çox, düz 21 dəfə «Amerika Musiqi Mükafatı»na layiq görülüb.

O, bu mükafatlarla Guinness Rekordlar kitabında «Ən çox mükafat alan qadın müğənni» adını qazanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG