Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:40

Ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi aparılır


Arxiv foto
Arxiv foto
Avqustun 20-si saat 10.00-dək Azərbaycanda ali təhsil müəssisələrinin boş qalan yerlərinə və orta ixtisas məktəblərinə keçiriləcək müsabiqədə iştirak etmək üçün 1823 nəfər ixtisas seçimi ərizəsini təsdiqləyib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, onlardan 1671-i Azərbaycan, 152-si rus bölməsi üzrədir. I ixtisas qrupu üzrə 443, II qrup üzrə 306, III qrup üzrə 783, IV qrup üzrə isə 291 nəfər ərizəsini təsdiqlədib.

Abituriyentlər elektron ərizədə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin ixtisasları ilə yanaşı orta ixtisas məktəblərinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları «Abituriyent» jurnalının 5-ci, ali təhsil müəssisələrindəki boş yerlərin siyahısı «Abituriyent» jurnalının 8-ci sayında dərc olunub.

2012/2013-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrinə əsasən, bu il üçün ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olunub, qəbul planı 94% dolub. 2000-dək vakant yer qalıb. Vakant yerlərə ixtisas seçimi avqustun 19-da başlayıb və 23-dək internet vasitəsilə aparılacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG