Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:07

Putinin idmançılara maşın hədiyyəsi bloggerləri cinləndirib


Foto arxiv
Foto arxiv
Rusiyalı bloggerlər yazır ki, prezident Putinin London Olimpiadasında medal qazanmış idmançılara bağışladığı Audi markalı avtomobillər onun puluna yox, xalqın ödədiyi verginin hesabına alındığndan bu xalqın hədiyyəsi sayılmalıdır.

Rusiyanın TV proqramı çərşənbə günü Kremlin ətrafında düzülmüş hədiyyə avtomobilləri göstərib.

Qızıl medal qazanmış idmançıya Audi A8, gümüşə Audi A7, bürünc medal qazanmış idmançıya isə Audi A6 markalı avtomobillər hədiyyə edilib.

Bu mərasim Rusiyada ən məşhur internet formu olan “LiveJournal”da bloqqerlərin qızğın müzakirəsinə çevrilib.

Ümumilikdə olimpiadada fərdi və komanda şəklində medal qazanan 129 idmançıya “Audi” markalı avtomobillər hədiyyə edilib.

İdmançılar istəsələr, avtomobillər Rusiyanın istənilən bölgəsinə aparılacaq.

Hədiyyədən əvvəli isə prezident Vladimir Putin medal qazanan idmançıları əlavə medalla mükafatlandırıb.

Xatırladaq ki, olimpadada 24 qızıl, 25 gümüş və 33 bürünc medal qazanan Rusiya ümumi siyahıda 4-cü olub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG