Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:09

Julian Assang bu gün bəyanat verəcək


Hazırda Londondakı Ekvador səfirliyində olan WikiLeaks saytının banisi Julian Assang bu gün bəyanatla çıxış edəcək.

Tanınmış ispaniyalı hüquq müdafiəçisi və vəkil Baltasar Garzon oan təmannasız məsləhətlər verir.

Bir qədər sonra onunda çıxış edəcəyi gözlənilir.

Hazırda səfirliyin ətrafında 40 pois və jurnalistlər var.

Həmçinin Assangenin 20-ə yaxın tərəfdarı ora gəlib.

Əgər Assange səfirliyi tərk etsə həbs oluna bilər.

London məhkəməsinin qərarına görə, o seksual zorakılıqda ittiham olunan İsveçə verilməlidir.

WikiLeaks saytının ABŞ barədə minlərlə məxfi sənədlər dərc etməsi dünyada böyük qalmaqala səbəb olub.

Assange hesab edir ki, o sonda Birləşmiş Ştatlara verilə bilər.

Ekvador bu günlərdə ona siyasi sığınacaq verib.
XS
SM
MD
LG