Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:42

İraq İranın sanksiyalardan qaçmasına gömək edir


İraq İranın beynəlxalq sanksiyalardan qaçmasına gömək edir.

Bunu New York Times qəzeti şənbə günü çıxan sayında yazır.

Qəzet yazır ki, İraqın maliyyə idarələrindən ibarət şəbəkə qaçaq İran nefti satır və İraq hakimiyyəti bir sıra hallarda sadəcə buna göz yumur.

Bəzi məmurların isə bunda birbaşa maliyyə marağı var.

Qəzet ABŞ hökumətindəki mənbəə istinadla yazır ki, İran təşkilatları azı İraqdakı 4 kommersiya bankı üzərində nəzarəti ələ keçiriblər ki, bu Tehranın beynəlxalq maliyyə sisteminə birbaşa çıxışına imkan açır.

Qeyd edək ki, nüvə proqramına görə İrana qarşı bir sıra beynəlxalq sanksiyalar tətbiq edilib.
XS
SM
MD
LG