Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:09

Suriyada döyüşlər davam edir


Suriya hökumət qoşunlarının Maaret əl Numan şəhərini atəşə tutması nəticəsində azı 7 adam ölüb.

Ölənlərdən 2-si uşaqdır.

Həmçinin Rastan şəhəri havadan bombalanıb.

Hələb şəhərinin bir neçə rayonunda isə hökumət qüvvələri ilə üsyançılar arasında toqquşma olub.

Bu barədə Londonda fəaliyyət göstərən Suriya insan haqları mərkəzi xəbər verir.

Kafr Zeyda şəhərində isə prezident Bashar Assadın istefası tələbilə nümayiş keçirilib.

Bashar Assad Ramazan bayramı ilə bağlı bu gün Dəməşqdəki məsçidlərdən birində ibadət edib.

O iyulun 18-də Dəməşqdə bir neçə yüksək rütbəli şəxsin ölümüylə nəticələnmiş partlayışdan sonra ictimaiyyət arasında görsənmirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG