Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:39

Yunus Əmrənin həyat hekayəti - bənzərsiz qələmlə


-

"Qanun" nəşriyyatı tanınmış türk yazarı İsgəndər Palanın daha bir romanını Azərbaycan dilində çap edib: "Od".

Əsər Türkiyədə bestsellerdir.

“…Oxuyacağınız sətirləri elə onun danışdığı kimi yazdım; çünki, gözlərinizi onun göz bəbəyinə çevirməyinizi istəyirəm.

O və oğlu nə danışdılarsa, mən burda qeyd elədim. Söz onlarındı, yazısa mənim…”

“Od” romanı türk dünyasının böyük ozanı Yunus Əmrənin ömür hekayətidir.

Yazıçının qələmilə könül gizlinlərini oxucuya açarı Yunus canlıdır, doğmadır, türk insanıyla ucalığa çatmağın sirrlərini bölüşür.

“Şeir – sözün unudulmayanıdı, ölümün əlindən nəsə qurtarmaq deməkdi.

Ən gözəl sözlər şeir biçimində söylənən sözlərdi, göy qübbəsinin altında ən uzun yaşayan sözlər də şeir kitabına daxil olsa, yaşaya bilərdi…” Bu Yunus Əmrə və İsgəndər Pala Həqiqətidir…

İsgəndər Palanın öz bənzərsiz qələmilə oxuculara çatdırdığı Yunus Əmrə hekayətini Azərbaycan dilinə Nəriman Əbdülrəhmanlı çevirib.

"Od" Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutunun layihəsi çərçivəsində nəşr olunub.

Layihənin rəhbəri Qənirə Paşayevadır.

Bundan öncə "Qanun" Palanın "Şah və Sultan" romanını da Azərbaycan dilində çap edib.

Əsər Səfəvi dövləti və Osmanlı imperiyası arasında savaşdan bəhs edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG