Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:07

Avropa azərbaycanlılarının 4-cü Forumu keçirilir


Praqada Avropada yaşayan azərbaycanlıların 4-cü formu keçirilir.

Toplantıda iştirak edən Şahnaz Həsənovanın məlumatına görə, formda jurnalist, iqtisadçı və hüquqşünaslar da daxil olmaqla Avropa və Azərbaycandan 50-ə yaxın ictimai fəal iştirak edir.

Forumda Azərbaycanda insan haqlarının vəziyyəti, habelə siyasi, iqtisadi və digər məsələlər müzakirə edilir.

Toplantıda Formun adının dəyişdirilməsi də nəzərdə tutulub.

Forumun təskilat komitəsinin sədri Zamiq Məmmədli bildirib ki, əgər qəbul olunsa, bundan sonra form FACE yox, EFA- Azərbaycanlıların Avropa Formu adlandırılacaq.

Forumun bundan əvvəlki toplantıları Strasburq, İstanbul və Berlində olub.

Praqa toplantısı avqustun 20-dək davam edəcək.
XS
SM
MD
LG