Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:51

Suriyada ağır döyüşlər gedir


Suriyanın hərbi hava qüvvələri bu gün ölkənin bir neçə şəhərində üsyançıların mövqeini bombalayıb.

Hüquq müdafiəçiləri hazırda Hələb şəhərində döyüşlər getdiyini xəbər verirlər.

Hökumət qoşunları həmçinin Homs və Herak şəhərlərini atəşə tutub.

Təkcə dünən ölkədə 120 adam öldürülüb.

ABŞ və Çin Suriya üzrə yeni beynəlxalq elçi Lakhdar Brahimini dəstəkləməyə hazır olduqlarını bəyan ediblər.

Əlcəzairli diplomat bu işdə bu günlərdə istefa vermiş Kofi Annanı əvəz edəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə bu arada Sky News televiziyasına müsahibəsində deyib ki, əgər Suriya üzərində uçuşlar üçün qadağan zonası yaradılsa bu suverenliyin pozulması olacaq.
XS
SM
MD
LG