Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:49

Marquez-in daha bir kitabı Azərbaycan dilində!


-

"Qanun" nəşriyyatı Nobel mükafatlı Kolumbiya yazıçısı G.G.Marquez-in "Qaçırılma" povestini Azərbaycan dilində çap edib.

Kolumbiya, narkotik qaçaqmalçılığı və Pablo Eskobar. Bu üç söz ötən əsrin 80-90-cı illərində dünyanın başağrısına səbəb idi.

Yüzillik daxili müharibələrdən, üsyançı-parti­zan­lar­dan qurtulub davamlı sülhə qovuşa bilməyən bir ölkədə bir qrup jurnalistin qaçırılmasından bəhs edən bu kitabda ye­nə də həmin üç söz ilk sırada durur.

Savaşın bir an belə göz yummadığı, kimin məsum, kimin müqəssir olması an­laşıl­mayan, hər kəsin öz ədaləti və meyar tərəzisi olduğu məm­ləkətdə, əlbəttə, bir insanın qətli, qaçırılması, yaxud it­kin düşməsi sıradan bir hadisədir.

Amma bu əsərin qəhrə­manları birləşərək param-parça olmuş cəmiyyətin böyük his­səsini, haqq mövqeyində durmağa məcbur edə bilib.

Türk dilindən tərcümə: Əziz Rzazadə

Günün bütün mövzuları

XS
SM
MD
LG