Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:37

Rusiyanın çağırışı ilə BMT Təhlükəsizlik Şurasının iclası baş tutmadı


Rusiya BMT Təhlükəsizlik Şurasının Suriyada vəziyyətə dair toplantısının təxirə salındığını bildirir. İclas BMT-dəki Rusiya nümayəndəsi Vitaly Churkin`in çağırışı ilə avqustun 17-də keçirilməli idi.

Moskva iclasın təxirə salınmasını Qərb ölkələrinin orada iştirak etməməsi ilə izah edir, amma yeni toplantı tarixi haqqında bir məlumat vermir.

Rusiya Təhlükəsizlik Şurasında Suriyada hökumət və müxalifəti atəşkəsə çağıran bəyannamə qəbul olunmasına çalışırdı.

Bundan əvvəl ABŞ Dövlət Departamentinin sözçüsü Victoria Nuland bildirmişdi ki, Təhlükəsizlik Şurasının təcili iclasına lüzum görmürlər.

Qərb ölkələri Suriya prezidenti Bashar al-Assadı dinc sakinlərə qarşı zorakılıqlarda ittiham edir. Assadı müttəfiq adlandıran Rusiya və Çin isə 3 dəfə BMT Təhlükəsizlik Şurasının onun rejiminə qarşı sanksiyalarının qəbul olunmasına imkan verməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG