Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:35

Ali məktəblərə qəbulla bağlı ixtisas seçiminin nəticələri açıqlanıb


-
2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən aparılan ixtisas seçiminin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya bildirib ki, nəticələr komissiyanın internet saytında yerləşdirilib.

Ali məktəblərə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılan 38 minə yaxın abituriyentdən 35 893-ü ixtisas seçimi ərizəsini təsdiq edib. Abituriyentlərdən 2000-dən çoxu ixtisas seçimi etməyib.

Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itiriblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG