Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:40

Azərbaycan yazıçılarının əsərləri ingilis dilində çap edilir


Cavaşir Yusifli
Cavaşir Yusifli
-

“Azərbaycan yazıçılarının əsərlərindən ibarət nəsr antologiyası nəşrə hazırlanır.

Bu haqda oxuzali.az-a ləyihənin təşkilatçılarından olan tənqidçi Cavanşir Yusifli məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan yazıçılarının hekayələrindən ibarət antologiya artıq nəşr ərəfəsindədir. Növbəti kitab povest və romanlardan ibarət olacaq.

Layihənin sponsoru Norveçdə yaşayan Azərbaycanlı İrəc İsmaili, rəhbəri Vaqif Sultanlıdır.

Vaqif Sultanlı ilə müsahibəni təqdim edirik.

- Vaqif bəy, sözügedən layihə nə vaxtdan işə başlayıb?

- Belə bir layihəni həyata keçirməyi on il əvvəl düşünürdüm. O zaman Britaniyada olanda bu işi Oksford və Kembric universitetlərinin xətti ilə həyata keçirmək istəyirdim. Amma təəssüf ki, tərcümə problemi ilə bağlı bunu həyata keçirmək mümkün olmadı. Təxminən iki il qabaq bu işə başlamaq imkanı qazandıq. Bizim yazıçıların əsərləri sovet vaxtı ingilis dilində nəşr olunmuşdu. O vaxt nəsr və şeir antologiyası 60-cı illərə qədər olan dövrü əhatə edirdi. Bizim nəşr edəcəyimiz kitabda son illərdə yaranan ədəbi əsərlər də olacaq. Növbəti kitabda biz Azərbaycan yazıçılarının romanlarını nəşr edəcəyik. Ümumi işimizdə Cavanşir Yusiflinin böyük köməyi oldu, bu işi də Cavanşir həyata keçirəcək. Kitab Amerikada çap olunacaq. Həmin nəşriyyatın Avropanın müxtəlif ölkələrində bölmələri var. İndi elektron nəşrlər inkişaf etdiyindən, adətən nəşriyyatlar bir ölkə ilə məhdudlaşmırlar.

- Hazırda iş hansı mərhələdədir? Antologiyanın birinci kitabı nə vaxt işıq üzü görəcək?

- Biz düşünürdük ki, hekayələr kitabını avqustun axırı çap edək, amma müəllif hüquqları ilə bağlı bəzi məsələlərə görə yubandıq. Kitab artıq redaktədən keçib, üç dəfə korrektə olunub və düşünürəm ki, sentyabr ayına nəşr olunacaq. Bir daha təkrar etmək istəyirəm, bizi gecikdirən müəlliflik hüququ oldu. Çünki elə müəlliflər var ki, onların heç e-mail ünvanları da yoxdur, əlaqə saxlaya bilmirik. Dünyasını dəyişmiş müəlliflərin varislərinin icazəsini almalıyıq. Bu cür texniki işlər başa çatdıqdan sonra gələn ayın
Vaqif Sultanlı
Vaqif Sultanlı
sonuna qədər işi tamamlayacağıq.

- Antologiyaya əsər seçimi hansı prinsiplər əsasında aparılıb?

- Əsasən müasir dövr yazıçılarının əsərlərini daxil etmişik. Təxminən 30-35 illik dövrü əhatə edir. Məsələn, İsmayıl Şıxlı, İsa Muğanna, Yusif Səmədoğlu, Çingiz Hüseynov, Əkrəm Əylisli, Anar, Eçin, Mövlud Süleymanlı və s. Gənc yazarlardan Elçin Hüseynbəylinin, İlqar Fəhminin, Mübariz Cəfərlinin və başqalarının əsərləri var. Təxminən 30 müəllifin əsəri kitabda yer alacaq.

- Yazıçılar Birliyi bu layihəyə dəstək verirmi?

- Yox, Yazıçılar Birliyinin bu layihə ilə heç bir əlaqəsi yoxdur. Bu məsələ ilə bağlı birlikdən sadəcə bəzi yazıçıların hekayələrini almışam. Yəni demək istəyirəm ki, bu məsələdə onların rolu yoxdur.

- Tərcümələrdən razısınızmı?

- Tərcümələrin keyfiyyəti o qədər də yaxşı olmur, ona görə də narazı qalmışam. Bizdə bu sahə üzrə mütəxəssis azdır. Keyfiyyəti aşağı olan tərcümələrin də əlavə redaktə və korrektə xərci çox olur. Nəşriyyat bizdən kitabı hazır şəkildə istəyir. Biz nəşrə pul ödəmirik, sadəcə, redaktə işi ilə məşğul olan ədəbi agentlərə çox xərcimiz çıxır.

- Əsərləri hansı tərcüməçilərə həvalə etmisiniz?

- Müxtəlif tərcüməçilər var. Məsələn, Cavid Abbasovun, Qılıncxan Bayramovun, Sevinc Məhərrəmovanın, Sevil Gültənin, Rasim Nəbioğlunun tərcümələri var.

- Azad Yazarlar Ocağının üzvlərindən kimlərinsə əsərləri kitabda olacaqmı?

- Rafiq Tağının hekayələrini daxil edəcəyik. AYO-dan başqa müəllif olmayacaq. Seçimi demək olar ki, öz zövqüm əsasında müəyyənləşdirmişəm. Yazıçılar Birliyinin kiməsə münasibəti burda nəzərə alınmayıb. İndi bilmirəm, Əlabbasın, Azad Qaradərəlinin AYO-ya nə qədər bağlılığı var, onların əsərlərini daxil etmişik.

- Məsələn, Həmid Herisçi, Rasim Qaraca, Aqşin Yenisey...

- Yox, yox... bu imzaların heç biri həmin antologiyada olmayacaqlar.
XS
SM
MD
LG