Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:36

Ahmadinejad yenə İsraili yer üzündən silməklə hədələyir



İranın prezidenti Mahmud Ahmadinejad “Yəhudi dövlətinin mövcudluğunu insanlığa təhqir” adlandırıb. Bu barədə Ahmadinejad hər il Ramazan bayramının sonuncu günü keçirilən Qüds Günü nümayişində çıxışı zamanı bildirib. İran prezidenti Qüds Gününün insanlığa qara ləkə və sionist rejim adlandırdığı İsrailə qarşı birlik günü olduğunu deyib.

Ahmadinejad Qərbi də Yaxın Şərqi əlində saxlamaq üçün İsraili müdafiə etməkdə günahkar bilib.

Ahmadinejad bu çıxışı zamanı İsraildə də nüvə proqramını dayandırmaq üçün İrana hücumla bağlı açıq debatlar gedir. İsrail İranın nüvə silahı əldə etməsi imkanını özünə qarşı ən əsas təhlükə hesab edir. Çünki İran liderləri dəfələrlə bildiriblər ki, İsraili yer üzündən silmək istəyirlər.

Tehran nüvə proqramının silah yaradılmasına yönəlməsi barədə iddiaları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG