Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:26

Qazaxıstan polisi 9 nəfər yaraqlı öldürüb


Qazaxıstan polisi bildirir ki, avqustun 17-də Almaatı şəhəri yaxınlığında qəsəbədə 9 “terrorçu” öldürüblər. Baş Prokurorluq onların təhlükəsizlik qüvvələrinə atəş açdıqları üçün məhv edildiklərini deyir. Rəsmilər atışma zamanı dinc sakinlər arasında yaralı olmadığını da bildirirlər.

Hüquq-mühafizə orqanları bu adamların iyulun 11-də Tausamaly qəsəbəsində bir neçə nəfərin ölümü ilə nəticələnmiş bomba partlayışında əlləri olduğunu deyir.
Bir neçə gün əvvəl Almaatıda milli parkın yaxınlığında da 11 nəfər öldürülüb. Polis avqustun 17-də atışmada iştirak edən dəstənin həmin qətllə əlaqəsinin olmadığını bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG