Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:56

«Pussy Riot»çu qızlar 2 il həbs aldılar


Maria Alyokhina, Nadezhda Tolokonnikova və Yekaterina Samutsevich

Maria Alyokhina, Nadezhda Tolokonnikova və Yekaterina Samutsevich

-
Avqustun 17-də Pussy Riot rok qrupunun həbsdə olan 3 qadın üzvünün hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib. Moskvada Xamovniçeskiy məhkəməsinin hakimi onların əleyhinə elan olunan xuliqanlıq ittihamını haqlı sayıb. Prokuror bu ittihamla onların 3 il müddətinə azadlıqdan məhrum olunmalarını istəyirdi.

Pussy Riot Rusiyada prezident Vladimir Putinə qarşı mahnıları ilə tanınıb. Onlar Bu ilin əvvəlində Moskvada kilsəyə girərək siyasi mahnılar oxumaqla xuliqanlıqdan ittiham olunurlar. Qrup isə patriarxın hər kəsi Putinə səs verməyə çağırmasına etiraz olaraq bu addımı atdığını bildirir.

Vladimir Putin özü də qızlara qarşı sərt cəza verilməsinə tərəfdar olmadığını bildirmişdi.

Beynəlxalq insan haqları fəalları Pussy Riot qrupunun həbsdə olan üzvlərini siyasi məhbuslar adlandırırlar.

***

Moskvada səhər tezdən «Pussy Riot» qrupunun həbsdə olan üzvlərinə dəstək aksiyası başlayıb. Yaxın saatlarda qrup üzvlərinə hökm oxunacağı gözlənilir.

Aksiyaların Rusiyanın başqa şəhərlərində də keçirildiyi bildirilir.

Məhkəmə binasının qarşısına isə tanınmış siyasətçilər, ictimai fəallar, mədəniyyət xadimləri toplaşıb. Xüsusi Təyinatlı Milis Dəstəsi üzvləri məhkəmənin yerləşdiyi küçədə sədd qurublar. Əraziyə onlarla polis avtobusu gətirilib.

Dövlət ittihamçısı «Pussy Riot» qrupunun hər üç üzvünün - Maria Alyokhina (24), Nadezhda Tolokonnikova (22) və Yekaterina Samutsevichin (29) 3 il azadlıqdan məhrum edilməsini istəyib.

Onlar xuliqanlıqda ittiham olunur. Qrup üzvləri ittiham üzrə özlərini təqsirli bilmirlər.

«Pussy Riot»un üzvləri Moskvanın ən böyük kilsəsində Kremlə və yeni seçilmiş prezident Putinə qarşı musiqili etiraz aksiyası keçirmişdi. Bu ilin fevralında kilsədə «Məryəm ana, Putini qov» məzmunlu «pank-dua» etmişdilər. Onlar bu dua-mahnını oxuyub qurtarmamış kilsənin xidmətçiləri onları mehrabdan uzaqlaşdırmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG