Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 12:50

BP Samuxda xidmət mərkəzi açıb


Mərkəz Samuxda gənclərin inkişafına xidmət edəcək. Xidmət Mərkəzinin binası 250 kvadratmetr sahəyə malikdir və 6 otaqdan ibarətdir. Binada kənd bələdiyyəsi, icra nümayəndəsi və kənd icma qrupu üçün otaqlar ayrılıb. Bununla yanaşı qadın dərzisi, qadın gözəllik salonu, eləcə də gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün 4 kompüter dəsti quraşdırılmış bir geniş otaq da istifadəyə verilib.

Mərkəz «Gənclərin İqtisadi bacarıqlarının artırılması» layihəsi çərçivəsində reallaşıb.

Samux rayonunu Yuxarı Ağasıbəyli kəndində yaradılan xidmət mərkəzi BP və tərəfdaşlarının, eləcə də kənd icma qrupunun və sakinlərinin maliyyə dəstəyi ilə açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG