Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:42

İranda daha bir zəlzələ olub


Avqustun 16-da gecə - yerli vaxtla saat 22:14-də İranın azərbaycanlılar yaşayan ərazisində daha bir zəlzələ qeydə alınıb.

Respublikası Seysmoloji Mərkəzin məlumatına görə, yeraltı təkanlar Azərbaycanın İranla həmsərhəd yaşayış məntəqələrində də 2-3 bala qədər hiss olunub.

Azərbaycan ərazisində insan tələfatı və tikililərdə dağıntı yoxdur.

İranın azərbaycanlılar yaşayan Əhər şəhərindən aldığımız məlumata görə, orada da ciddi dağıntı və insan tələfatı olmayıb. Sakinlər bildirir ki, zəlzələ Əhər yaxınlığında baş verib: «Əvvəlki kimi güclü olmasa da zəif də olmayıb. Zədələnmiş evlərə bir az da zərər yetirib».

Günün bütün mövzuları

XS
SM
MD
LG