Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:28

I siniflər üçün yeni dərsliklər hazırlanıb


Bu il Azərbaycanda 1-ci sinfə gedən uşaqlar məzmunca və keyfiyyətcə tamamilə yeni dərsliklərlə təmin olunacaqlar. Bunu hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov deyib.

Onun sözlərinə görə, artıq Azərbaycanda beşinci ildir ki, yeni kurrikulumla dərsliklər hazırlanır.

«Bu o deməkdir ki, 4 il əvvəl Azərbaycanda məktəbə gedən şagirdlər yeni kurrikulum əsasında hazırlanmış dərsliklərlə təmin olunmuşdular. Artıq qaydalara uyğun olaraq 4 ildən sonra 1-ci siniflərin dərslikləri tam yenidən çap olunmalıdır».

O bildirib ki, bu il 5-ci sinif şagirdləri də ilk dəfə olaraq yeni kurrikulum əsasında hazırlanmış dərsliklərlə təmin ediləcəklər.

Nazir müavininin sözlərinə görə, qarşıdan gələn dərs ili üçün çap olunacaq yeni dərslik nüsxələrinin sayı 4 milyondan çox olacaq. Onların 2 milyonu 1-5-ci sinif dərslikləridir.

Q.Novruzov bildirib ki, dərsliklərin çap olunması sahəsində əsas işlər görülüb və yeni dərs ili başlayana qədər dərsliklər tam olaraq məktəblərə çatdırılacaq.

Nazir müavini onu da deyib ki, hazırda nazirlik tərəfindən 70-ə yaxın məktəbdə tikinti-təmir işləri aparılır. Onlardan 54-ü yeni məktəb, 6-sı əlavə korpusların tikintisidir. Bununla yanaşı, 10 məktəbdə və 1 internat məktəbində əsaslı təmir işləri aparılır. Tikintisi aparılan yeni məktəb binalarının 50-ə yaxını yeni dərs ilində istifadəyə veriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG