Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:55

Goranboyda dəmiryolu stansiyasının ərazisində partlayış olub


Arxiv foto
Arxiv foto
Bakı-Qazax dəmiryolu xəttinin Goranboy rayonunda yerləşən Kürəkçay stansiyasının ərazisində güclü partlayış baş verib, ağır xəsarət alanlar var.

APA-nın məlumatına görə, hadisə avqustun 17-si səhər saat 11:00 radələrində stansiyanın ərazisində dəmiryolu təmiri ilə məşğul olan işçilərin yaşadığı vaqonda qeydə alınıb.

Bildirilir ki, vaqonun mətbəxində propan qazı ilə dolu olan balon işçilərin ehtiyatsızlığı səbəbindən partlayıb. Güclü partlayış yanğınla müşayiət olunub. Hadisə yerinə Goranboy rayon Dövlət yanğından mühafizə hissəsinin iki maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı vaqon içindəki əşyalarla birgə yanıb.

Həmin vaxt vaqonda olan iki fəhlə - Cəlilabad rayon sakinləri - 1989-cu il təvəllüdlü Babaşov Emil və 1972-ci il təvəllüdlü Sadıqov Eldar müxtəlif yanıq xəsarətləri ilə Goranboy Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

Emil Babayevin vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı araşdırma aparılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG