Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:50

İraqdakı dünənki partlayışlarda 50-dən çox adam ölüb


İraqda ölkə daxilində baş verən partlayış və silahlı hücumlar nəticəsində 53 adam ölüb. Onlarla adam yaralanıb.

Kərkükdə və paytaxt Bağdat yaxınlığında partlayışlar olub. Hücumların çoxunda polis və təhlükəsiz qüvvələri hədəfə alınıb.

Hakimiyyət ölkə miqyasında 10-dan çox hücumun olduğunu bildirib.

Bağdadın Sadr City səmtindı dondurma satılan yerin yanındakı partlayışda 11 nəfər ölüb, 41 nəfər yaralanıb. Zafraniye və Hüseyniye səmtlərində də insan tələfatı olub. Kərkükdəki partlayışlarda isə 8 nəfər ölüb.

Associated Press-in xəbərinə görə, Mişada şəhəri yaxınlığındakı silahlı hücumda 7 hərbçi ölüb, 8 nəfər yaralanıb. Tel Afer, El Garma, Tuz Hurmatu, Felluce və Bakuba da hücumlar olub.

İraqda keçən ay baş verən partlayış və hücumlarda isə 300-dən çox adam ölüb.
XS
SM
MD
LG