Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:42

BMT Təhlükəsizlik Şurası yığışır


Arxiv foto: BMT
Arxiv foto: BMT
Avqustun 17-də BMT-nin baş qərargahında Təhlükəsizlik Şurasının 5 daimi üzvünün, Türkiyə və bir neçə ərəb dövlətinin iştirak ilə görüş keçiriləcək. Görüşdə Suriyadakı vəziyyət müzakirə olunacaq.

Bundan əvvəl Təhlükəsizlik Şurası beynəlxalq müşahidəçilərin Suriyadan geri çağırılması haqqında qərar qəbul edib.

Son müşahidəçilər Dəməşqi avqustun 25-də tərk edəcək. BMT-nin sülhməramlı qüvvələrinin komanda müavini Edmon Mool bildirib ki, Suriya hakimiyyəti və üsyançılar «müharibə yolunu seçiblər».

Dünən əlcəzairli diplomat Lahdar Brahiminin Kofi Annanı BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsində əvəz edəcəyi məlum olub.

Brahimi Annanı sentyabrın 1-dən əvəz edəcək.
XS
SM
MD
LG