Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:57

BMT Təhlükəsizlik Şurası yığışır


Bu gün BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün, Türkiyə və bir neçə ərəb dövlətini iştirak ilə görüş keçiriləcək. Suriyadakı vəziyyət müzakirə olunacaq.

Bundan əvvəl Təhlükəsizlik Şurası beynəlxalq müşahidəçilərin geri çağırılması haqında qərar qəbul edib.

Son müşahidəçilər Dəməşqi avqustun 25-də tərk edəcək. BMT-nin sülhməramlı qüvvələrinin komanda müavini Edmon Mool bildirib ki, Suriya hakimiyyəti və üsyançılar “müharibə yolunu seçiblər”.

Dünən əlcəzairli diplomat Lahdar Brahiminin Kofi Annanı BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi vəzifəsində əvəz edəcəyi məlum olub.

Brahimi Annanı sentyabrın 1-dən əvəz edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG