Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:16

Əfqanıstanda helikopter qəzasında 11 nəfər həlak olub


Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinə məxsus Black Hawk (Qara Qırğı) helikopteri qəzaya düşüb.

Qəndəhar əyalətində baş verən qəza nəticəsində 11 nəfər həlak olub. Onlardan 7-i ABŞ hərbçiləridir. Qalan 4 nəfər Əfqanıstan vətəndaşı olan hərbçilər və tərcüməçidir.

Ağ Evin sözçüsü Jey Karni həlak olanların ailələrinə başsağlığı verib. Qəzanın səbəbləri araşdırılır.

Talibançılar bildirib ki, “Qara Qırğı” helikopterini onlar vurub. NATO bu məlumatı hələlik təsdiqləməyib.

Avqust ayında ABŞ-da 26 ABŞ hərbçisi həlak olub. İlin əvvəlindən isə Əfqanıstanda həlak olan ABŞ hərbçilərinin sayı 219 nəfərə çatıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG