Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:29

Hərbi ekspert İldırım Məmmədov vəfat edib


Azərbaycanlı hərbi ekspert, ehtiyatda olan polkovnik İldırım Məmmədov vəfat edib. Mərhumun yaxınlarının məlumatına görə, 61 yaşlı polkovnik avqustun 16-dan 17-nə keçən gecə ürək tutmasından vəfat edib. İldırım Məmmədov bu gün doğulduğu yerdə, Tərtərin Qapanlı kəndində dəfn olunacaq.

İldırım Məmmədov 1951-ci ildə doğulub. 1970-71-ci illərdə Almaniyadakı Sovet qoşunları qrupunda xidmət edib. 1971-75-ci illərdə Novosibirsk Ali Hərbi Ümumqoşun Siyasi Məktəbində təhsil alıb, 1986-cı ilədək Uzaq Şərq Hərbi Dairəsində müxtəlif vəzifələrdə çalışıb.

1980-ci ildə Kiyevdə təkmilləşdirmə kursunu bitirib. 1984-88-ci illərdə Moskva Hərbi Akademiyasının ümumqoşun fakültəsində təhsil alıb. 1989-cu ildə Marşal Şapoşnikov adına Baş Qərargah Akademiyasının atəş kursunu bitirib. 4 alayda komandir müavin olub.

1991-ci ilin noyabrından Azərbaycan Silahlı Qüvvələrində xidmətə başlayıb. 1996-1998-ci illərdə hərbi hissə komandiri olub. 1999-2002-ci illərdə Ali Hərbi Məktəbdə baş müəllim vəzifəsində çalışıb. 2007-ci ildən bu günə qədər Hərbi Analitik Tədqiqatlar Mərkəzinin direktoru, «SeDEP» QHT-lər Koalisiyasının İdarə Heyətinin üzvü idi.
XS
SM
MD
LG