Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:32

800 dən çox pos terminal quraşdırılıb


Qərb bölgəsində yüksək dövriyyəsi olan ticarət xidmət obyektlərində 800 dən çox pos terminal quraşdırılıb.

Quraşdırılan pos terminalların 90 faizi Gəncədə yerləşir.

Bu barədə məlumatı 12 saylı Ərazi Vergilər İdarəsinin şöbə müdiri Azər Məmmədov verib.

Bildirib ki, bu qurğular əsasən dövriyyəsi yüksək olan ticarət və xidmət obyektlərində quraşdırılıb.

A. Məmmədovun deməsinə görə, pos-terminalların quraşdırılmasında məqsəd ödəniş məbləğlərinin dəqiq olmasına və hesablaşmaların rahat aparılmasına şərait yaratmaqdır.

Ümumilikdə isə idarənin tərkibinə daxil olan Naftalan, Daşkəsən, Goranboy, Samux, Xanlar rayonları və Gəncə şəhəri üzrə ümumilikdə artıq 800 ədəd pos-terminal var.

2012-ci ilin 1-ci yarımilliyində 9 min 600-dən artıq vergi ödəyicisi pos terminallar və onlarla işləmə mexanizmi barədə maarifləndirilib.
XS
SM
MD
LG