Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:45

Əbülfəz Elçibəylə bağlı cinayət işi, Nəqliyyat Nazirliyinə qarşı cinayət işi və ...


Mətbuat icmalı
Mətbuat icmalı
ƏBÜLFƏZ ELÇİBƏYLƏ BAĞLI CİNAYƏT İŞİ

«Yeni Müsavat» qəzetinin yazdığına görə, Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə cinayət işi açılıb. Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin müraciəti əsasında Bakı şəhər prokurorluğunda istintaq gedir. Demokratik düşərgənin tanınmış simalarının istintaqa çağırıldığını bildirən qəzet yaxın günlərdə iqtidar KİV-lərində şou verilişlərin başlanacağını da diqqətə çatdırır.

QƏNİRƏ PAŞAYEVANIN İRANA SƏFƏRİ QALMAQAL YARADIB

«Bizim yol» qəzeti deputat Qənirə Paşayevanın zəlzələ ilə bağlı Təbrizə səfər etməsinin İranda qalmaqal yaratdığını xəbər verir. Qəzetin bildirdiyinə görə, Qənirə Paşayevanı qərəzli və təhrikedici ifadələr işlətməkdə ittiham edən İran dövlət televiziyası ona viza verdiyi üçün ölkənin Xarici İşlər Nazirliyini tənqid edib. Qənirə Paşayeva isə İran mediasının onun əleyhinə kompaniya aparmağa sərf etdiyi vaxtı zəlzələdən zərərçəkənlərin problemlərinə yönəltməsini daha münasib sayıb.

AZƏRBAYCAN QAÇQINLAR ÜÇÜN ƏN MÜNASİB ÖLKƏDİR

«Azərbaycan» qəzetinə görə, dünyanın heç bir yerində qaçqın və məcburi köçkünlərə Azərbaycandakı kimi qayğı göstərilmir. Azərbaycan bu kateqoriyadan olan insanların həyat səviyyəsinin yaxşılaşdırılması baxımından ən fəal siyasət yürüdən ölkə hesab olunur.

TÜRKİYƏ ŞİRKƏTİ NƏQLİYYAT NAZİRLİYİNİ MƏHKƏMƏYƏ VERİB

«Azadlıq» qəzeti yazır ki, Bakının «Azadlıq» və «Ziya Bünyadov» prospektlərinin kəsişməsində tunelin tikintisini icra edən Türkiyənin «Yapılar İnşaat-Ticarət LTD» şirkəti nəqliyyat naziri Ziya Məmmədovu məhkəməyə verib. Qəzet bildirir ki, Nəqliyyat Nazirliyi bu şirkətin 5 milyon manat haqqını mənimsəyib.

AZƏRBAYCAN POSTSOVET MƏKANINDA YEGANƏ ÖLKƏDİR....

«Yeni Azərbaycan» qəzeti qeyd edir ki, Azərbaycan postsovet məkanında kompensasiyaları ən yüksək əmsallarla ödəyən dövlətdir. Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Respublikanın maliyyə resurslarının və büdcə gəlirlərinin əsas xərc istiqamətlərində də bu amil özünü büruzə verir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG