Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:34

Bakıda bir ailənin 3 üzvünün ölümü ilə nəticələnən partlayış olub


Avqustun 17-i sübh tezdən Bakının Suraxanı rayonunda məcburi köçkün ailəsinin məskunlaşdığı ümumi sahəsi 30 kv.m olan tikilidə yanğınla nəticələnən partlayış baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı məlumat yayıb. Bildirilir ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, üst örtüyü panel plitələrdən ibarət tikili uçub, 5 nəfər ev sakini uçqun altında qalıb. Ev əşyalarının bir qismi və həyətdə olan “Mercedes” markalı minik avtomobilinin salonunun qabaq hissəsi yanıb. Yanğın səhər saat 05:40-da söndürülüb.

Xilasedicilər ev sahibinin həyat yoldaşı, 1965-ci il təvəllüdlü Sahilə Teymur qızı Rəhimovanı və oğlu, 1991-ci il təvəllüdlü Ramin Nuşirəvan oğlu Əsgərovu uçqun altından çıxarıblar. Yaralılar Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriliblər.

Hadisə nəticəsində ölmüş ev sahibi - 1961-ci il təvəllüdlü Nuşirəvan Əsgərov, övladları - 1985-ci il təvəllüdlü Natiq Nuşirəvan oğlu Əsgərovun və 1987-ci il təvəllüdlü Rafiq Nuşirəvan oğlu Əsgərovun cəsədləri də uçqun altından çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
XS
SM
MD
LG