Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:40

Bu yay Bakıda 17 nəfər dənizdə boğulub


Bu il yay mövsümündə Bakıda 17 nəfər suda boğulma nəticəsində vəfat edib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova Trend-ə deyib ki, vəfat edənlərin 5-i uşaq olub. Onların 3-ü oğlan, 2-si qızdır.

Ümumilikdə bu yay Bakıda 42 suda boğulma halı qeydə alınıb. Suda boğulma ilə əlaqədar 18 nəfər xəstəxanaya yerləşdirilib. Onların 10-u uşaq olub. Ötən sutka ərzində Hövsan çimərliyində 1 suda boğulan şəxsə yardım göstərilib.

Vahidova bildirib ki, bu yay Bakıda 112 nəfər günvurma ilə əlaqədar BŞTTTYS-ə müraciət edib.

Onun sözlərinə görə, ötən sutka ərzində 1 nəfər günvurma diaqnozu ilə stansiyaya müraciət edib. Qaradağ rayonundan olan 23 yaşlı oğlana tibbi yardım göstərildikdən sonra onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb.
XS
SM
MD
LG