Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 16:55

Suriyadakı müşahidəçilərin mandatı uzadılmayıb


BMT-nin təhlükəsizlik şurası Suriyadakı beynəlxalq müşahidəçilərin mandatını uzatmamaq qərarına gəlib.

Bu ilin yazında Suriyaya 300 nəfərlik müşahidəçi missiyası göndərilsə də ölkədə zorakılıqlar davam etdiyindən müşahidəçilər missiyanı yerinə yetirə bilmirlər.

Suriya üzrə beynəlxalq elçi Kofi Annan isə sülh planı baş tutmadığından bu günlərdə istefa verib.

Suriyada hökumət qoşunları ilə üsyançılar arasında toqquşmalar davam edir.

Üsyançılar prezident Bashar Assad rejiminin getməsini tələb edirlər.
XS
SM
MD
LG